Musiqi
Musiqi

Edis tənqid olunan rəqsindən danışdı

Edis tənqid olunan rəqsindən danışdı

Türkiyəli müğənni Edis Görgülü ötən günlərdə Zeynep Bastıkla tənqid olunan rəqs videosuna münasibət bildirib.

OLAY yazır ki, səbətçi bu barədə “Pazar sürprizi” verilişinə danışıb:

“Hər şeydən öncə biz Zeyneplə ailəyik. O, mənim bacımdır, həyat yoldaşı Tolqa menecerimdir. Rəqsə gəlincə isə o baş-başa edilən bir rəqs deyildi. Həmin yer səhnə idi və bizi izləyən 300 nəfər var. Biz bir performans sərgiləyirik və Zeynepin mahnısını canlandırırdıq. Öncə tənqidlərə güldüm, amma sonra pis oldum. Kiçik bir hissə tərəfindən tənqid olunduq və bu hadisə üzücü bir hal aldı. Əslində, açıqlanmalı bir şey yoxdur, səhnədəki görüntülərin gerçək həyatla əlaqəsi yoxdur”.

Qeyd edək ki, ifaçıların səhnədəki görüntüləri birmənalı qarşılanmamış, sosial media izləyiciləri Zeynepin evli olmağını əsas gətirərək rəqslə əndazəni aşdığını bildirmişdilər.