Musiqi
Musiqi

“The Black Eyed Peas” 13 il sonra geri dönür

“The Black Eyed Peas” 13 il sonra geri dönür

“The Black Eyed Peas” qrupu 13 il sonra yeni mahnı yayımlayacaq.

OLAY yazır ki, "Dont you worry" adlı layihə 17 iyunda dinləyicilərin ixtiyarına veriləcək.

Mahnı Şakira və David Guetta ilə duetdən ibarətdir.

Qeyd edək ki, “The Black Eyed Peas” Los-Ancelesdə qurulan amerikalı hip-hop musiqi qrupudur. 2018-ci ildən etibarən qrupda Uilli Ay Əm, Əpl Di Əp, Tabu və Cey Rey Soul fəaliyyət göstərir.

Qrup 2003-cü ildən bəri 27 milyondan çox albom və sinql satışı edib.