Uzun zamandır gözlənilən “6 AM” mahnısı təqdim olunub.
OLAY yazır ki, pop artist Rauf Kingsley və reper Paster-in ortaq proyekti bir neçə dəfə təxirə salınsa da, sonunda dinləyicilərə təhvil verilib.
Mahnı ilk 24 saatda “iTunes” platformasında Azərbaycan üzrə ən çox satılan sinql olub. Qısa müddətdə “Apple Music Top 100: Azerbaijan” siyahısında “bütün janrlar” kateqoriyasında 3-cü yerə, “hip-hop” kateqoriyasında isə 1-ci yerə yüksəlib.
“6 AM” 24 saatda “Spotify”da 12 min 504 “stream” alaraq “ən çox dinlənilən yerli sinql” olub.
Qeyd edək ki, layihənin prodüserliyini Clavis, səs dizaynını OD, miksinqini Drek, masterinqi isə Dave Kutcha (Deyv Katç) həvalə edilib.