Xalq artisti Röya Ayxan Türkiyədə lentə aldırdığı “Ağla” klipinin tizerini təqdim edib.
OLAY yazır ki, sözləri Cəlal Qurbanov, musiqisi Muxtar Abseynova məxsus mahnını Müjdat Küpşi ekranlaşdırıb.
Layihə bir neçə gün sonra bütün musiqi platformalarında, eyni zamanda “YouTube”da təqdim ediləcək.
Qeyd edək ki, İstanbulda çəkilən klipin prodüeri Kənan Bayramovdur. Röya modelyer Gülşah Saraçoğlu imzalı iki geyimdən istifadə edib.
Sənətçinin staylinqi ilə Bener Hamamcı məşğul olub.