Musiqi
Musiqi

Azərbaycanı məşhur yarışmada o təmsil edəcək

Azərbaycanı məşhur yarışmada o təmsil edəcək

“Səs Azərbaycan” vokal layihəsinin ikinci mövsümündə iştirakçısı olan Səbinə Quluzadə Belarusa gedəcək.

OLAY yazır ki, ifaçı 13-18 iyul 2022-ci il tarixlərində Belarusun Vitebsk şəhərində keçiriləcək “Vitebskdə Slavyan bazarı” XXXI Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Vitebsk-2022” XXXI Beynəlxalq Pop Mahnı İfaçıları Müsabiqəsində yer alacaq.

Bu barədə Səbinə instaqram səhifəsində məlumat verib.  Quluzadə qeyd edib ki, bu ayın sonuna kimi təşkilatçılardan rəsmi dəvət alacağını, iyulun sonunda orkestrlə məşqlər üçün Minskdə olacağını açıqlayıb.