Son zamanlar səhnə geyimləri ilə gündəmdə olan Gülşen “Lolipop” adlı mahnısını yayımlayıb.
OLAY yazır ki, maraqla gözlənilən klip sənətçinin YouTube səhifəsində yerləşdirilib.
Videodakı kadrlar, Gülşenin geyimləri növbəti dəfə müzakirə yaradıb. Onun boşanacağı iddia olunan həyat yoldaşı Ozan Çolakoğlu da klipi paylaşaraq müğənniyə dəstək olub.
Qeyd edək ki, mahnının sözü və musiqisi Gülşenə, aranjımanı O. Çolakoğluna məxsusdur. Klipin rejissoru isə Metin Arolatdır.