Donald Tramp Diddini əfv etməyi düşünür.
OLAY yazır ki, “Deadline” nəşrinin məlumatına görə, ABŞ prezidenti Donald Tramp, hazırda hüquqi araşdırma altında olan reper və prodüser Diddi üçün hələ hökm verilməmişdən öncə prezident səlahiyyətindən istifadə edərək əfv qərarı çıxarmağı nəzərdən keçirir.
İddialara görə, Diddinin komandası bu məsələ ilə bağlı Tramp tərəfi ilə əlaqə saxlayıb. Əgər Tramp bu addımı atarsa, Diddinin məhkəmədən cəzasız çıxması və həbsdən xilas olması mümkün ola bilər.
Hazırda məsələ ilə bağlı rəsmi açıqlama verilməyib, lakin müzakirələrin ciddiliyinə görə bu, yaxın günlərdə gündəmi zəbt edə bilər.