Musiqi
Musiqi

“Klip kimi ömür”dən görüntülər

“Klip kimi ömür”dən görüntülər

Nail Naiboğlu sosial media hesablarında Heydər Əliyev Sarayında baş tutan “Klip kimi ömür” adlı yaradıcılıq gecəsindən video görüntülər paylaşıb.

OLAY yazır ki, Nail bildirib ki, bu konsert ona 6 ay sürən zəhmətin hesabına başa gəlib və 20 illik yaradıcılığının ən yüksək zirvəsidir. 

Konsertdə çox həyəcanlı idim, o qədər həyəcanlı idim ki, səhnəyə gündəlik ayaqqabılarımla çıxmışdım, dəyişməyi unutmuşdum. 

Bu konsert mənə özünü güvəni, özünə inamı, özünə sevgini gətirdi. Kliplərini çəkəndə “əzizimsən” deyən bəzi müğənnilərin adını sildi həyatımdan, onlar mənə lazım deyillər. Zatən mənim gecəmdə Flora Kərimova, Nisə Qasımova, Alim Qasımov kimi sənətkarlar var idi, onların iştirakı mənə yetərincə bəs etdi.

Nail Naiboğlu onu da qeyd edib ki, bundan sonra bəzi müğənniləri çıxmaq şərtilə qalanlarına sadəcə pul xatirənə klip çəkəcək.

Daha o Nail yoxdur ki, hər kəsə dost əli uzatsın, bəzi sənətkar dostlarımı çıxmaq şərtilə o birlər mənim üçün sadece qazanmaq üçün lazımdırlar