Bu il keçiriləcək olan Amerikan Mahnı Müsabiqəsinin namizədləri açıqlanıb.
OLAY yazır ki, mayın 9-u baş tutacaq olan yarışmada Amerikanın 56 ştatı mübarizə aparacaq. Layihənin təqdimatı isə martın 21-də olacaq. Gecədə Kelly Clarkson və Snup Doqq aparıcılıq edəcək.
Müsabiqədə “Ən yaxşı original mahnı” ünvanını almaq üçün yarışan sənətçilərlə yanaşı, 50 ştatı, beş ABŞ regionunu və ölkənin paytaxtını təmsil edən çıxışlar yer alacaq.
Yarışma üç seçim turu, yarım final və final mərhələsindən ibarətdir. Burada bir ştat və ya bölgə qalib gələcək. Müsabiqəni qazanan Avroviziya-2022-də yer ala biləcək.