ABŞ müğənnisi İqqi Pop Moskvada keçirilən Park Live festivalındakı çıxışını ləğv edib.
OLAY yazır ki, 10 iyulda Qorki parkında keçirilməsi gözlənilən tədbirlə bağlı açıqlama verən sənətçi cari hadisələr fonunda bu ləğvin zəruri olduğunu bildirib.
Ukraynanın yanında olduğunu bildirən İqqi Pop bu zorakılığa qarşı çıxan və sülh axtaran bütün cəsur ukraynalıları dəstəklədiyini bildirib.