Musiqi
Musiqi

Rusiyada çıxışını dayandıran Xalq artistinin konsert qiyməti bəlli oldu

Rusiyada çıxışını dayandıran Xalq artistinin konsert qiyməti bəlli oldu

Gürcüstanın və Rusiyanın Xalq artisti Tamara Mixaylovna Qverdtsitelinin konsert qiyməti üzə çıxıb.

OLAY “Komsomolskaya Pravda” nəşrinə istinadən yazır ki, ABŞ-dəki çıxışı üçün 5 milyon rubl (təxminən 102 min manat) qonorar alır. 

Belə ki, Qverdtsitelinin bu ilin may ayında ABŞ-a mini-turu planlaşdırılıb. Onun əsas repertuarı rus dilində olan mahnılardan ibarətdir, lakin o, ingilis, fransız, gürcü və ukrayna dillərində də oxuyur. 

Tamaranın xaricdə özəl tədbir üçün qonorarı 4,7 milyon (təxminən 96 min manat) rubl təşkil edir.

Xatırladaq ki, T. Qverdtsiteli oğlunun Avropadakı biznes fəaliyyətinə görə Rusiyada çıxış etmir. Eyni zamanda müğənni Moskvaya gəlir, orada dördotaqlı mənzili var, lakin nadir hallarda. O, sonuncu dəfə 2024-cü ildə dostunun ad günündə Rusiyada olub.