Musiqi
Musiqi

Sevda Ələkbərzadə konsert verəcək

Sevda Ələkbərzadə konsert verəcək

Əməkdar artist Sevda Ələkbərzadə solo konsertə hazırlaşır.

OLAY yazır ki, bu barədə sənətçi özü məlumat yayıb:

“Böyük sevgi və həyəcanla bu xəbəri sizinlə bölüşürəm. 10 may Bakı Konqres Mərkəzində sizi öz musiqi dünyama qərq olmağa dəvət edirəm. “Sən yadıma düşəndə” adlı solo konsert proqramında ən sevdiyiniz nəğmələrimi yadınıza salacağam. Səhnəyə gəldiyim ilk gündən ifa etdiyim bütün sevilən mahnılarımı sizə ithaf edəcəyəm. Gəlin, bu günü bərabər yaşayaq, ruhumuzu musiqi ilə yeniləyək. Biletləri iticket.az və ya kassalardan əldə edə bilərsiniz”.