Müğənni Serdar Ortaç ötən gün restoranda verdiyi konsert proqramında şəxsi həyatına dair gözlənilməz açıqlamalar verib.
OLAY yazır ki, səhhətindəki problemlərə diqqət çəkən 54 yaşlı ulduz “Xəstəxanaya getdim, şəkərim 500 idi. Mən ölsəm, bu mahnıları kim oxuyacaq? Həyatımda artıq nə spirtli içki, nə də siqaret var” bildirib.
Serdarın irlandiyalı keçmiş həyat yoldaşı Xloe Loknan haqqında dedikləri xüsusilə diqqət çəkib.
“Arvadımı öpmədim, o, məni boşadı. Nə olar, arvadlarınızı öpün! Evlilik ruhi xəstəlik işidir. Bəzən qısqanıram, amma həqiqətən də ağıl işi deyil”, - ulduz vurğulayıb.
Serdar Ortaç səhnədəki enerjisi və hit mahnıları ilə gecə boyu qonaqlara unudulmaz anlar bəxş edib.