“Jara-2022” beynəlxalq musiqi festivalı çərçivəsində Ukraynanın məşhur “Artik & Asti” estrada qrupunun Bakıda çıxışı olacaq.
OLAY yazır ki, bu barədə festivalın instaqram hesabında məlumat verilib. Qeyd olunub ki, musiqili gecə iyulun 29-da baş tutacaq.
Xatırladaq ki, iki həftədən artıqdır ki, müğənni Sevil Vəliyeva solo karyerasına başlayan Anna Dzyubanı əvəzləyərək qrupun yeni solisti olub.