WOW
WOW

Tünzalə Ağayeva Lənkəranda konsert verdi

Tünzalə Ağayeva Lənkəranda konsert verdi

Xalq artisti Tünzalə Ağayeva “Kiçik addımlarla böyük uğurlar” festivalında iştirak edib.

OLAY yazır ki, pop ulduz bu dəfə Lənkəranda tamaşaçılarının qarşısına çıxıb. Hitlərini səsləndirən müğənnini lənkəranlılar böyük coşğu ilə qarşılayıblar. 

Qırmızılara bürünən estrada ulduzu dinləyicilərinə xoş anlar yaşadıb. 

Qeyd edək ki, Xalq artistinin sözügedən “Məktəbim” layihəsi çərçivəsində növbəti çıxışı sentyabrın 19-u Sumqayıt şəhərində baş tutacaq.