Müğənni Özcan Deniz ailəsi ilə qalmaqal yaşayıb.
OLAY yazır ki, o, həm də menejerliyini edən qardaşı Ercan Denizlə dalaşıb. Bildirilib ki, E. Deniz məkanlarla anlaşmada səhvlərə yol verib.
Bunun ardınca qardaşı ilə yollarını ayıran Özcan instaqramda göndərməli paylaşımlar edib.
O, “Neçə nəfər ailə üzvünün xəyanətinə məruz qalıb?”, - deyə, yazıb. Daha sonra isə müğənni xanımı Samar Dadgarla oğlunu paylaşaraq artıq onlar üçün yaşadığını söyləyib.