Özcan Denizin özündən 22 yaş kiçik modelyer sevgilisi Samar Dadgarla evləndiyi iddia edilib.
OLAY yazır ki, türk mediasında yer alan xəbərə görə, cütlük həftə sonu ifaçının Zekeriyaköydəki evində gizli nikah bağlayıb.
Qeyd edək ki, müğənninin anası onun S. Dadgarla münasibətinə qarşı idi.
Məlumat üçün bildirək ki, Deniz daha əvvəl Feyza Aktanla ailəli olub. Feyza Özcanın ona şiddət göstərdiyini iddia edib. 2018-ci ildə nikah masasına oturan cütlük 15 ay evli qalıb. Onların bu münasibətdən Kuzey adlı oğlu var. Müğənni keçmiş həyat yoldaşı F. Aktan ilə yaşadığı problemli boşanma prosesindən sonra Samar Dadgarla eşq yaşamağa başlayıb.