Pop-rok ifaçısı Mərdan Kazımov Fransada klip çəkdirib.
OLAY yazır ki, sənətçi yeni aranjimanda ifa etdiyi dillərdə əzbər olan musiqisi Emin Sabitoğlu, sözləri isə bayatılardan götürülmüş “Şirin dil” mahnısını ekranlaşdırıb. Klip Parisin incisi sayılan “Eyfel” gülləsinin ətrafında lentə alınıb.
Ekran işində M.Kazımovdan başqa elektro gitarada Samir Cəbiyev, zərb alətlərində Laçın Allahverdiyev və keytarda Zaur Əlili yer alıb.
Sözügedən musiqili videoçarx Mərdanın rəsmi “Youtube” kanalında artıq yayımlanıb.