Rusiyanın Əməkdar artisti Nataşa Korolyova və əri, fitnes məşqçi Sergey Qluşko yeganə oğulları Arhipi striptizçi Melissa Volınkina ilə evləndiriblər.
OLAY yazır ki, Sankt-Peterburqda baş tutan toy cəmiyyət və sosial şəbəkə əhli tərəfindən sərt reaksiya ilə qarşılanıb. Toyun əsas ulduzu epotajlı müğənni Nataşa olub. Oğlunun xoş günündə Korolyova üç libas dəyişib və gəlininin fatasını tapdalaması ilə diqqətləri üzərinə çəkib.
Arhip nikah mərasiminə qara geyinib. Sonra isə libasını dəyişdirib çəhrayı kostyum seçib. O, gecə boyunca rəqs edərək, əylənib.
Melissa çox dar libasda ictimaiyyət qarşısına çıxıb. Paltar o qədər dar olub ki, cəmiyyət onun hamiləliyindən şübhələnib.