Musiqi
Musiqi

Anna Netrebkonun adından saxtakarlıq

Anna Netrebkonun adından saxtakarlıq

Xalq artisti Yusif Eyvazovun keçmiş həyat yoldaşı Anna Netrebkonun başına iş gəlib.

OLAY yazır ki, bununla bağlı opera və vocal ifaçısı sosial şəbəkə hesabında videoaçıqlama yayımlayıb.

A.Netrebko bildirib ki, onun adından bir sıra sosial şəbəkə platformalarında saxta hesablar açılıb:

“Əziz dostlar adımdan sosial şəbəkədə çox sayda saxta səhifələr yaradılıb. Orada adımdan sizinlə ünsiyyət qurur, sizin suallarınızı cavablandırılar. Qətiyyən inanmayın, bu saxta səhifədir. Mənim instaqramda yalnız bir rəsmi səhifəm var. Qalan başqa səhifələr saxta və falşdır. Hətta mənim feysbuk səhifəm belə yoxdur. Ona görə də diqqətli olun, sizə adımdan yazılan mesajlara cavab verməyin və saxta informasiyalara inanmayın”.