Parisdə lüks bir hoteldə saxlanılan məşhur reper Trevis Skott azadlığa buraxılıb.
OLAY yazır ki, 2024 Paris Yay Olimpiya Oyunları çərçivəsində Parisə gedən ifaçı mühafizəçisi ilə yaşadığı dava sonrası istintaqa cəlb edilmişdi. Fransız rəsmiləri, 33 yaşlı ulduzun hadisədən sonra hər hansı bir ittiham irəli sürülmədən azadlığa buraxıldığını açıqlayıblar.
Trevisin beş ulduzlu “George V” hotelində iki adamı ayırmağa çalışan bir təhlükəsizlik əməkdaşına hücum etdiyi iddia edilir. Hadisədən sonra reper əvvəl 36 saat nəzarətdə saxlanılıb.