Musiqi
Musiqi

Serduçkanın Odessada rusca oxuması müzakirə yaratdı

Serduçkanın Odessada rusca oxuması müzakirə yaratdı

Səhnədə Verka Serduçka kimi tanınan ukraynalı sənətçi Andrey Danilko Odessada rus dilində mahnılar ifa edib.

OLAY yazır ki, iyunun 21-də yerli gecə klubunda lentə alınan kadrlarda Danilko “Все будет хорошо!” mahnısını oxuyub. Onun bu hərəkəti birmənalı qarşılanmayıb.

Qeyd edək ki, ötən ay ifaçının prodüseri musiqiçinin gələcəkdə bütün günahlarının bağışlanacağını, Rusiyada işləməsinə icazə veriləcəyini düşündüyünü və rusca ifalarının Ukraynada sərt qarşılanmayacağına ümid etdiyini qeyd etmişdi.

Oruc Ələsgərov