Musiqi
Musiqi

Rəsul bu dəfə Dadaşovadan oxudu

Rəsul bu dəfə Dadaşovadan oxudu

Müğənni Rəsul Əfəndiyev xalq artisti Brilliant Dadaşovanın repertuarından ifa etdiyi "Sevəcəyəm" adlı mahnısını təqdim edib.

OLAY yazır ki, bəstənin sözləri Əlibaba Hacızadə,  musiqisi Cavanşir Quliyevə, yeni nəfəsdə aranjimanı Kurşad Məmmədova, mix-masteri isə Hatəm Nəbioğluna məxsusdur. Sənətçi sözügedən mahnıya klip çəkdirmək üçün Türkiyəyə üz tutmalı olub. Əfəndiyev sadə süjet xətti olan ekran işinin rejissorluğunu Erkan Nasa həvalə edib.

Qeyd edək ki, klip ifaçının rəsmi yutub kanalına yerləşdirilib.