Musiqi
Musiqi

Ayazdan “Tələbə”yə yeni nəfəs - Video

Ayazdan “Tələbə”yə yeni nəfəs - Video

Müğənni Ayaz Babayev yeni layihəsini təqdim edib.

OLAY yazır ki, ifaçı dillər əzbəri olan “Tələbə” mahnısına yeni nəfəs verib. Ayaz bu ifasını Bakı Dövlət Universitetində ekranlaşdırıb. Fərman Bəşirli rejissorluğu ilə lentə alınan klipdə müğənni müəllim obrazında olub. Ekran işi sənətçinin Yutub kanalında paylaşılıb. 

Qeyd edək ki, ölümsüz əsərin musiqisi Telman Hacıyevə, sözləri Cabir Novruza məxsusdur. Mahnı Xalq artisti Elmira Rəhimovanın ifası ilə yaddaşlara həkk olunub.