Xalq artisti Nazpəri Dostəliyeva onun repertuarına müraciət etmək istəyən gənc ifaçılara səslənib.
OLAY yazır ki, sənətçi bu barədə “İncə səhər” verilişində danışıb.
“Gənclərimiz mənim mahnıma müraciət edəndə sevinirəm. Amma baxır hansı formada. Qadı ki, “Dilbərim”ə... O qız ifa etdikcə, mən gördüm ki, insanlarda çox aqressiya yarandı. Mahnım da gözdən düşməyə başladı. Mənim səsimi çıxardıb, mənim fonoqramımın üstünə oxuyurdu. Mənim səsimi çıxarıb bir kənara atmaq ən azından hörmətsizlikdir. Bütün gənclərə tövsiyəm budur ki, mahnılarımı oxumaq istəyirsiniz, buyurun. Əvvəla, heyif etməyin. Əgər oxuya biləcəksinizsə, oxuyun. İkinci bir tərəfdən, mənim səsimi kənara atanda, aranjimanın keyfiyyəti ölür. O mahnı tamamilə gözdən düşür. Mənim etirazım ona olub. Mənim ifa etdiyim mahnının aranjimanına, mənim səsimə toxunmayın. Hər kəs özü kimi olsun. Əgər mənim, Nazpərinin ifa etdiyi kimi oxumağa çalışırsansa, sən hər bir zaman Nazpərinin kölgəsində qalacaqsan”, - deyə, o, söyləyib.