Musiqi
Musiqi

Tanış olduğu qıza həb verib, başqasıyla cinsi əlaqəyə məcbur etdi

Tanış olduğu qıza həb verib, başqasıyla cinsi əlaqəyə məcbur etdi

Daha bir qadın reper Pi Diddini (Şon Kombs) cinsi zorakılıqda ittiham edib.

OLAY yazır ki, 51 yaşlı Aprel Lamprosun iddiasının materiallarını “The Sun” yayımlayıb.

Bildirilir ki, Lampros Nyu-York Ali Məhkəməsində iddia qaldıraraq söyləyib ki, Diddi 1994-cü ildə Moda Texnologiya İnstitutunda oxuyarkən ona moda sahəsində yüksəlməsinə kömək edəcəyinə söz verib. Bir görüşdə Kombs onu sərxoş edib taksiyə mindirərək hotelə aparıb, daha sonra ona təcavüz edib. Hücum zamanı qadın huşunu itirdiyini bildirib.

Qadının iddiasına görə, Kombs ünsiyyəti davam etdirmək üçün ona hədiyyələr göndərib və bununla da münasibət bərpa olunub. İkinci görüş zamanı Şon onu hədələyib. Buna baxmayaraq onlar üçüncü dəfə də görüşüblər. Bu zaman qadının iddiasına görə Kombs ona narkotik verib və onu qarşısında başqa bir şəxslə cinsi əlaqədə olmağa məcbur edib.

Qeyd edək ki, bu yaxınlarda internetdə reperin keçmiş sevgilisi Kessini vəhşicəsinə döydüyü 2016-cı ilə aid bir video paylaşılıb. Kombs isə ittihamları rədd edib. Başqa adamlar da Kombsa qarşı sui-istifadə və insan alveri iddiaları qaldırdıqlarına görə, reper ictimaiyyətdən üzr istəyib və özündən iyrəndiyini bildirib.