Xalq artisti Emin Ağalarov Dərbənddə 7 min insanın iştirak etdiyi xeyriyyə konserti zamanı səhnəyə çıxıb.
OLAY yazır ki, sənətçi bu barədə instaqramda paylaşım edib:
“Dərbənd bizim qəlbimizdə əbədidir! 7000-dən çox insan, belə səmimi qəbul üçün çox sağ olun. Səhnəni tərk etmək istəmirdik. Konsertdən əldə olunan gəlirlər “İnsan”, “Подари жизнь” və Müslüm Maqomayev adına Mədəni-Musiqi İrs Fonduna köçürüləcək”.