Musiqi
Musiqi

Hadisenin tələbəsi Avroviziyada

Hadisenin tələbəsi Avroviziyada

Türkiyəli müğənni Hadise 2015-ci ildə “O Ses Türkiye”də onun komandasında yarışan Nutsa Buzaladze ilə bağlı paylaşım edib.

OLAY yazır ki, sənətçi bu il Avroviziyada Gürcüstanı təmsil edən ifaçının məşqlərdəki çıxışını instaqramda izləyiciləriylə bölüşərək bu sözləri yazıb:

“Mənim “O Ses Türkiye” iştirakçılarım zarafatdır? Nutsa, qəlbim səninlədir. Bütün səslər mənim sevimli Nutsama”.

Buzaladze onun bu paylaşımına səssiz qalmayıb və “Hadise, səni sevirəm” cavabını verib.

Qeyd edək ki, Nutsa bu gün 2-ci yarımfinalda “Firefighter” mahnısı ilə çıxış edəcək.