Musiqi
Musiqi

Dilarə “Summer Beach Festival”ında

Dilarə “Summer Beach Festival”ında

Avroviziya təmsilçimiz Dilarə Kazımova Bakıda keçiriləcək “Summer Beach Festival”ında çıxış edəcək. 

OLAY yazır ki, pop ulduz iyulun 13-14-də səhnə alacaq. 

Xəzərin sahilində Kazımova hit olan mahnıları və super şousu ilə musiqisevərlərin görüşünə gələcək. 

“Festivala anidən qərar verdim. Ən hit mahnıları səsləndirəcəm. Ümid varam ki, bu festivalın təəssüratı bütün yay boyu davam edəcək”, - deyə, Dilarə bildirib.