Rusiya Federasiyasının Xalq artisti Stas Mixaylov “Salam, Andrey!” verilişində babasının Azərbaycanın Şamaxı şəhərindən olduğunu bildirib.
OLAY yazır ki, Andrey Malaxovun Stas Mixaylovun 55 illik yubileyinə həsr olunmuş verilişinin qonaqları Azərbaycan Dövlət Akademik Musiqili Teatrının artistləri Emil Heydərov və Əməkdar artist Almaz Ələsgərova olub, onların çıxışından sonra aparıcı S.Mixaylovdan soruşub ki, azərbaycanlı qanı daşıyıb-daşımadığını soruşub.
“Hə, babam ordandır, Şamaxı adlı şəhər var, atam da oradandır”, - deyə, sənətçi bildirib.