“Orkestrla baş tutacaq konsertimizə oturaq biletlər tamamən bitdi! Davamlı dəstək üçün təşəkkür edirəm!”
OLAY yazır ki, bu sözləri sosial media hesabında reper Orxan Zeynallı yazıb.
O bildirib ki, ilkə imza atacaq:
“Budəfəki performans bir ilk olacaq! Son ayaqüstü biletlər hazırda satışdadır”.
Qeyd edək ki, Orxanın konserti 4 mayda Bakı İdman Sarayında baş tutacaq. O, “Buz uşağı” adlı gecədə Bakı Opera Orkestri ilə səhnəyə çıxacaq. Tədbirdə dirijor Əyyub Quliyev də səhnə alacaq.