Musiqi
Musiqi

“Yaxın dostlar” paylaşımları yeni albomu imiş

“Yaxın dostlar” paylaşımları yeni albomu imiş

Dünyaca məşhur müğənni Billi Ayliş sayca üçüncü albomunun çıxış tarixini açıqlayıb.

OLAY yazır ki, ifaçı bu barədə instaqram hesabında paylaşım edib və albomun 17 mayda işıq üzü görəcəyini yazıb.

““Hit me hard and soft” (məni sərt və yumşaq vur) albomum 17 mayda gələcək. Hazırda bunu yazmaq çox çılğınca gəlir mənə, çox gərgin və həyəcanlıyam. Sinql etməyəcəm, bütün mahnıları eyni anda yayımlayacağam. Albomumla bundan daha çox fəxr edə bilməzdim. Mahnıları eşitməyinizi həyəcanla gözləyirəm. Sizi çox sevirəm”, - deyə, o, yazıb.

Qeyd edək ki, Billi günlərdir instaqram hesabında sözügedən layihəsini tanıtmaq məqsədiylə “yaxın dostlar” paylaşımları edir. Bu sayədə onun səhifəsində izləyici sayı 10 milyon artıb.