Müğənni Sədiə Sultan yeni layihəsini təqdim edib.
OLAY yazır ki, ifaçı “Nələr keçdi” adlı mahnısına çəkdirdiyi klipini yutub kanalında yayımlayıb.
Sözləri və musiqisi Çingiz Əliyevə məxsus bəstənin aranjimanını Fərid Ağa edib. Rejissor işi isə Xəyal Hüseynə həvalə olunub.
Ekran işində fərqli tərzi diqqət çəkən sənətçinin stili üzərində Prens Jamal çalışıb.
Klip “Gümüşgöl əfsanəsi” filmindən Nərgiz və Fərid obrazlarının dialoquyla başlayıb. Səidənin sözügedən səhnəni yenidən canlandırması çox bəyənilib.