Musiqi
Musiqi

Akif İslamzadənin mahnısını oxudu

Akif İslamzadənin mahnısını oxudu

“Maska”nın qalibi Dilarə Kazımova sevilən sənətçi Akif İslamzadənin “Gəl, gəl, a yaz günləri” mahnısını ifa edib.

OLAY yazır ki, o, “Hər zaman musiqi” verilişinin “Maska” şou heyətinə həsr edilən buraxılışında sözügedən nəğməyə yeni nəfəs verib və fərqli aranjimanda səsləndirib. 

“Bu cür mahnılara zaman-zaman müraciət edirəm. Bu mahnını da çox sevirəm və nəhayət oxudum”, - deyə, Kazımova bildirib. Mahnının aranjimanını Anar Keytarman edib. 

Qeyd edək ki, mahnının sözləri Mirzə Ələkbər Sabirə, musiqisi Rafiq Babayevə məxsusdur.