“Maska”nın qalibi Dilarə Kazımova uzun illər sonra görünüşündə dəyişiklik edərək kamera qarşısına keçib.
OLAY yazır ki, həmişə tünd saçlarda olan sənətçi ilk dəfə saçının rəngini dəyişərək sarışın obrazda pozalar verib. Estrada ulduzunun imicindəki dəyişiklik təəccüblə qarşılanıb. O, bunu yeni layihəsi üçün etdiyini bildirib.
“İlk dəfə olaraq saçımın rəngini dəyişdim. Amma özümə görə yox, yeni layihə üçün bu addımı atdım. Bu imicimi çox sevdim və inanıram ki, siz də sevəcəksiniz”.
Fotolarını isə “Sensum Photo Art” çəkib.
Qeyd edək ki, Kazımova bir neçə gün sonra “Zəng - zəng” adlı klipini ictimaiyyətə təqdim edəcək. Layihənin prodüseri Məryəm Feyziyevadır.