Musiqi
Musiqi

Roza Zərgərli ilə görüş keçirildi

Roza Zərgərli ilə görüş keçirildi

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılıği ilə Şüvəlan Mədəniyyət Evində “Bahar görüşləri” layihəsi çərçivəsində müğənni Roza Zərgərli ilə görüş keçirilib.

OLAY yazır ki, tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra tanınmış müğənni R.Zərgərli həyat və fəaliyyətindən, sənət yolundan, əldə etdiyi uğurlardan söhbət açıb. Repertuarından sevilən mahnıları səsləndirib və tamaşaçıların ona ünvanladığı sualları cavablandırıb.