Musiqi
Musiqi

Murat Dalkılıçın konsertləri ləğv edildi

Murat Dalkılıçın konsertləri ləğv edildi

Məşhur türk ifaçı Murat Dalkılıç sağlamlıq problemləri səbəbilə bütün konsertlərini ləğv etmək məcburiyyətində qalıb.

OLAY yazır ki, müğənni fanatlarını məyus edən xəbəri sosial media hesabında verib.

“Təəsssüf ki, sağlamlığımla bağlı olaraq 7 mart London konsertimi və hazırda tarixlərini bilmədiyimiz konsertləri ləğv etməli olduq. Bilet alan hər kəsdən üzr istəyirəm. Müalicəm bu müddət ərzində davam edəcək və bir əməliyyat daha olacağam. Ən qısa zamanda sağlam və əlbəttə ki daha gözəl günlərdə bir araya gələcəyik”, - deyə, o, bildirib.