Musiqi
Musiqi

Şakiradan 7 il sonra yeni albom

Şakiradan 7 il sonra yeni albom

Dünyaca məşhur müğənni Şakira uzun aradan sonra yeni albom hazırlığındadır.

OLAY yazır ki, dünya ulduzu sayca 12-ci olan “Las Mujeres Ya No Lloran” (Qadınlar artıq ağlamır) adlı albomunu 22 martda təqdim edəcək. Bununla bağlı Şakira sosial media hesabında paylaşım edib.

Qeyd edək ki, onun bundan öncəki “El Dorado” albomu 7 il öncə işıq üzü görüb.