Musiqi
Musiqi

Bu dəfə “Ayrıldıq” oxudu

Bu dəfə “Ayrıldıq” oxudu

Müğənni-bəstəkar Sivva son günlər ayrılıqla bağlı paylaşımları ilə diqqət çəkib.  

OLAY yazır ki, sənətçinin paylaşımlarının səbəbinin yeni layihəsi olduğu ortaya çıxıb. 

Belə ki, Sivva “Ayrıldıq” adlı yeni sinqlını dinləyicilərin ixtiyarına verib. Bəstənin sözləri və musiqisi müğənninin özünə məxsusdur.  “Bir çox yaradıcı insan, daha çox rəssamlar öz portretlərini çəkirlər. Çox vaxt bu abstrakt bir əsər olur. 

“Ayrıldıq” isə mənim portretimdir. Mən onu ən depressiv vəziyyətimdə yazmışam. İki il yolunu gözlədiyim bu portretdə mənim daxili dünyamla tanış ola bilərsiniz”, - deyə, Sivva yeni layihəsi haqda açıqlamasında deyib.  “Ayrıldıq” ifaçının rəsmi yutub kanalında yerləşdirilib.