Musiqi
Musiqi

Röya Ayxanın 2023 hesabatı...

Röya Ayxanın 2023 hesabatı...

Xalq artisti Röya Ayxanın mətbuat xidməti müğənninin 2023-cü ilə olan hesabatını hazırlayıb.

OLAY sözügedən siyahını təqdim edir: 

27-28-29 yanvar Bakı Konqress Mərkəzində üçgünlük solo konsert verdi; 

Konsert yeni lazer işıqlar, dekorasiya, hər mahnıya qurulan səhnəcikləri ilə ajiotaj yaratdı. 

Konsertin ilk günü müğənni Cinlə “Bəzən” adlı duetini təqdim etdi;

“Bəzən”, “14/41” albomları işıq üzü gördü;

“Apple Music”də Azərbaycan üzrə ən çox yüklənən alboma (“14/41”) sahib oldu;

Alboma daxil olan 14 mahnı sevildi, “Tez gəl”, “Onun xəstəsiyəm” hit oldu;

“Tez gəl”, “Onun xəstəsiyəm” mahnısı TikTokda trend oldu;

Alboma daxil olan “Tez gəl” və “Böyüdüm” mahnılarına Türkiyədə klip çəkildi;

Populyar olan “Şükür edirəm” Röya Ayxanın heç yerdə görülməyən kadrlarından ibarət videorolik formasında paylaşıldı;

Albom “Apple Music Daily Top 200 Album” çartına 5-ci, Türkiyə çartına isə 193-cü pillədən daxil oldu;

1-2-3 sentyabr Bakı Konqres Mərkəzində “Biri var” adlı üçgünlük solo konsert verdi - ümumilikdə 10 min tamaşaçı.

Xalq artisti bununla da MDB və Türk dünyasında ilkə imza ataraq səhnəyə robotla çıxdı. Hər səhnəsi müzakirə mövzusu oldu, trendə çevirildi; 

İticket.az-ın məlumatına görə, bileti ən sürətlə tükənən yeganə azərbayacanlı ifaçıdır;

Xalq artisti 2000-ci illlərdə oxuduğu məşhur “Dedilər”i yeni aranjimanda təqdim etdi;

“Tut əlimdən” mahnısı yutubda trendə düşərək liderliyini qoruyur, “Azerbaijan Apple Music”də birinci, “Shazam”da üçüncü oldu, TikTokda da trend davam edir;

“Spotify”da birinci oldu - Xalq artistinin ifalarını 358 mindən çox “Spotify” istifadəçisi səsləndirdi, 5,3 milyondan çox “stream” aldı, dünyanın 142 ölkəsində dinlənildi;

Gənclərin ümumi səsverməsi nəticəsində ən tələbatlı ulduz seçildi, Bakı Kristal Zalında “Həmrəylik Festivalı”nda çıxış etdi;

20-yə yaxın fotosessiya etdirdi, 15-dən çox mini konsert verdi.