Efendi ayrılıqdan bəhs edən”De varmı” adlı son kompozisiyasında daxili dünyasının dərinliklərini açır.
OLAY yazır ki, Azərbaycanı 2020 və 2021-ci illərdə Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş müğənni Efendi Noyabr ayının 10-da yeni, “De varmı” adlı musiqi kompozisiyasını bütün aparıcı musiqi platformalarında təqdim edib. Mahnının bəstəkarı Cəmil Məmmədli, söz müəllifi isə Orxan Zeynallıdır.
“De varmı”, çətin ayrılıq duyğusunu hiss etdirən, hər notu, hər sözü ilə dərin hisləri aşılayan bir musiqidir.
“De varmı” bir çoxumuzun həyatında yaşanılmış hekayədir. Bu, güc tapmaq, hətta ayrılığın öz gözəlliyi və yeni başlanğıc üçün hər zaman ümidin olduğunu aşılayan bir musiqidir. Əminik ki, bu kompozisiya bir çox talelərin vacib hissəsinə çevriləcək və bütün dünyada dinləyicilərin qəlbinə yol tapacaq - deyə, müğənni bildirib.
“De varmı” kompozisiyası “Spotify”, “Apple Music”, “YouTube” və s. bu kimi populyar musiqi platformalarında dinləyicilərə təqdim olunub.