Məşhur müğənni Deniz Sekinin anası Güler Seki dünyasını dəyişib.
OLAY yazır ki, uzun illərdir beyin xəstəliyi ilə mübarizə aparan Güler Seki bundan əvvəl 4 dəfə əməliyyat olunub və 2019-cu ildə yenidən reanimasiyaya yerləşdirilib.
Deniz Seki anasının ölüm xəbərini sosial media hesabında açıqlayıb: "Təəssüf ki, anamızı, mələyimizi, Gülerimizi itirdik".