“Özümü doqquzdan çox həyatı olan pişik kimi hiss edirəm. Hər dəfə yaxşılaşa bilməyəcəyimi düşünəndə birdən ikinci nəfəsim açılır”.
OLAY yazır ki, bu sözləri müğənni Şakira deyib.
İfaçı çətin dövrdən keçdiyini bildirib: “Mən bir neçə mərhələdən keçdim: inkar, qəzəb, ağrı, məyusluq, yenidən qəzəb, yenidən ağrı... Hazırda başımı suyun üstündə saxlayıb sağ qalmağa çalışıram. Bu, düşünmə mərhələsidir və çox çətin işdir. Boş vaxtım olanda isə uşaqlarımla keçirirəm”.