Sosial mediada açdığı canlı yayımlarda bir gündəm olan müğənni Serdar Ortaç vida konsert turnesinə çıxdığı açıqlayıb.
OLAY yazır ki, sənətçi daha sonra təqaüdə çıxıb kəndə köçəcəyini bildirib.
60 yaşında namaza başlayacağını deyən Ortaç qərarının qəti olduğunu vurğulayıb: "Namaza başlayacağam, amma vaxtı deyil. 60 yaşımda başlayacağam. İndi namaz qıl, axşam səhnəyə çıx, içki versinlər. Bu həyatda məni ən xoşbəxt edən nədir? Heç nə məni xoşbəxt etmir. Allahın rəhməti məni sevindirə bilər".