Musiqi
Musiqi

"İnsan olmağın da başqa yolu yoxdur"

"İnsan olmağın da başqa yolu yoxdur"

“Gül fikirləşən gül baxçalarında, tikan fikirləşən tikanlıqda olar. Allah,hamımızın dadına çatsın”. 

OLAY yazır ki, bu sözləri müğənni İradə İbrahimova “İnstagram” hesabında yazıb. 

“Bəzən bir çox neqativi bir arada yaşayıb,  hər şey nə qədər pisdir dediyim vaxtlarda özüm-özümə pıçıldadığım sözləri sizlərlə də paylaşmaq istədim. İradə, hər şey pis belə olsa, sən yaxşı olanlardan ol, yaxşı qal, gözələ yönlən, gözəl düşün. Bağlanan qapıya deyil, açılan pəncərəyə fokuslan. Əhvalı yüksək tutmağın çox çətin olduğunu bilirəm. Amma yaxşı insan olmağın da başqa yolu yoxdur” – deyə sənətçi bildirib.