Bir neçə həftə əvvəl alkoqol asılılığından müalicəyə başladığını deyən müğənni rusiyalı müğənni MakSim qərarının səbəbini açıqlayıb.
OLAY yazır ki, müğənni spirtli içkilərin onun problemlərini həll etməyə kömək edəcəyini düşündüyünü bildirib.
"Bu elə bir illüziyadır ki, narahatsan, problemlər üst-üstə yığılıb, amma içəcəksən və onları sabah xatırlayacaqsan. Sabah isə problem iki dəfə böyüyəcək və onu həll etmək daha da çətinləşəcək" - deyə ifaçı vurğulayıb.
Müğənninin sözlərinə görə, spirtli içkidən asılı olduğu üçün, ailəsi və dostlarının ondan üz çevirdiyini hiss edib: "Sən tək qalırsan. Hər şeyi itirə biləcəyimi başa düşdüm".