Reper Kardi Bi-nin çıxışı zamanı pərəstişkarına atdığı mikrofon üçün "eBay"-da hərrac başa çatıb.
OLAY yazır ki, aksessuar cəmi 500 dollar başlanğıc qiyməti ilə satışa çıxarılsa da, 99,9 min dollara alınıb.
Mikrofon üçün həftə ərzində 120 təklif irəli sürülüb. Mikrofonu “The Wave” audio və video avadanlıqları istehsal edən şirkət satışa çıxarıb. Gəlir iki xeyriyyə təşkilatına ödəniləcək.
İyulun sonunda sosial şəbəkədə Kardi Bi-nin konserti zamanı dinləyicilərdən birinin öz qədəhindən reperin üzərinə içki atmasının görüntüsü yayılıb. Reper isə həmin an düşünmədən mikrofonu onun üstünə atıb.