Müğənni Sevda Yahyayeva həyat yoldaşı Zakir Bayramovla may ayında Fransada olarkən yaşadıqları maraqlı hadisəni izləyiciləri ilə bölüşüb.
OLAY yazır ki, ifaçı restoranda baş verən hadisə ilə bağlı bunları yazıb:
“Olacaqlardan xəbərsiz idik. Düşünürdük ki, bizim yerimizə depozit ödənilib. Depoziti bağlamaq üçün menyuda ən bahalı nə var ididsə sifariş etmişdik. Sonda məlum oldu ki, depozit yoxdur, sadəcə brondur”.