Musiqi
Musiqi

Özünə xüsusi qəbristanlıq hazırladacaq

Özünə xüsusi qəbristanlıq hazırladacaq

Müğənni Aleyna Tilki növbəti dəfə gündəmə gəlib.

OLAY yazır ki, ifaçı bu dəfə geyim və hərəkətləri ilə deyil, rəfiqəsinə etdiyi təkliflə hər kəsi heyrətləndirib. 

O, rəfiqəsi Serel Yereliye mesaj yazaraq özü üçün şəxsi qəbristanlıq hazırladacağını bildirib: "Özüm üçün şəxsi qəbristanlıq hazırladacağam. Xüsusi və gözəl yerdə olacaq. Yalnız mənə aid olacaq. Sən də xüsusi yer düşünmürsənsə, sənə də orada gözəl yer ayırım". 

Sözügedən mesajı "İnstagram" hesabında paylaşan Serel təklifə müsbət yanaşıb: "Sən bəyən, al. Mən yataram".