Seksual qısnama, çəki ilə bağlı utandırmaq və təhqir etməkdə ittiham olunan müğənni Lizzonun ətrafında qalmaqal böyüməkdə davam edir.
OLAY yazır ki, bu dəfə ən yaxşı qısametrajlı film nominasiyasında "Oskar" mükafatına namizəd olan rejissor Sofiya Nali Ellison müğənni ilə yaşadığı mənfi hadisəni danışıb.
Sofiya Nali Ellison Lizzonu ittiham edən rəqqasələri dəstəkləyib. Rejissor 2019-cu ildə onun haqqında sənədli filmin çəkilişlərinə görə Lizzo ilə səyahət etdiyini və iki həftə sonra ona qarşı hörmətsizlik səbəbindən işi tərk etdiyini deyib: "Mən onun nə qədər özündən razı, eqoist və qəzəbli olduğunu gördüm. O vaxt heç bir dəstəyim yox idi və mən çox pis vəziyyətə düşdüm. İçimdəki səsim mənə mümkün qədər tez qaçmağımı söylədi".